S-400 bəhanədir

ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi yanvar ayının 9-da verdiyi müsahibədə bildirib ki, “Hesab edirəm ki, yaxın gələcəkdə Türkiyəyə F-35-lərin satışı baş verməyəcək. Səbəblərdən biri Türkiyədə hələ də Rusiya qurğusunun olmasıdır və bu bizim üçün qırmızı xəttdir. Başqa bir səbəb isə İsrailin hərbi üstünlük məsələsidir. Biz heç bir ölkəyə bu üstünlüyü sarsıda biləcək silahlar vermirik. İsrailin həmişə bizim sahib olduğumuz ən üstün texnologiyası olacaq.”

Siz də deyirsiz, ABŞ F-35-ləri Türkiyəyə S-400-ə görə satmır. Öz dili ilə deyir ki, S-400 bəhanədir, o olmasaydı, başqa bəhanə tapılacaqdı.

Arayış üçün söyləyək ki, Maykl Deyl Hakabi (1955, Arkanzas) – Arkanzas ştatının qubernatoru (1996-2007), Cənub Qubernatorları Assosiasiyasının sədri (2003-2005), Milli Qubernatorlar Assosiasiyasının sədri (2005-2007), 2008-ci ildə ABŞ prezidentliyinə namizəd (praymerizdə 3-cü yeri tutub), baptist din xadimi, pastor və Arkanzas Baptistlər İttifaqının prezidenti (1989-1991) olub. Respublikaçılar partiyasının üzvüdür, Amerika xəbər kanalı FoxNews-da televiziya proqramı aparır.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights