Şəxsiyyət strukturlarının formalaşmasında ailənin və cəmiyyətin payı inkar edilməzdir

Son zamanlar hər gün eşidilən intihar hadisələri, insanların, xüsusən gənclərin psixoloji möhkəmliyinin müxtəlif səbəblərdən pozulması, gənclərin çıxış yolunu özünəqəsddə görməsi cəmiyyətdə psixi sağlamlığın ciddi təhlükə altında olduğunu göstərir.

İntihar. Hər kəs zamanla təklik, depressiya, çarəsizlik və ümidsizlik yaşayır. Ailənin bir üzvünün itirlməsi, bir münasibətin bitməsindən, , dəyərsizlik və ya böyük maliyyə itkisi, hər kəsin həyatında qarşılaşdığı ciddi problemlərdir. Hər kəsin emosional tənzimlənməsi unikaldır, hər kəs bu vəziyyətlərə müxtəlif yollarla cavab verir. Bir insanın intihara meylli olduğunu nəzərə alsaq, böhranın bu baxımdan düzgün qiymətləndirilməsi qaçılmazdır. Gördüyünüz şey başqalarına nisbətən az məna daşıyır və sizin üçün əhəmiyyətsiz bir hadisə başqasına görə stressli ola bilər. Böhranların təbiətinə baxmadan, vəziyyətdən çıxa bilməyəcəyini düşünən insana, intiharın cəlbedici bir həll kimi görünmə təhlükəsi var.

İntihar bir çox hallarda şəxsin sosial-psixoloji vəziyyəti, təhsili, ailə münasibətləri və məsuliyyətləri ilə əlaqəlidir. Şiddətli psixoloji depressiya, travma və ya depressiya hallarında fərddən daha güclü bir hadisə intihar hallarını artıra bilər. İntiharın psixoloji səbəbləri arasında; xroniki yorğunluq, həddindən artıq melankolik münasibətlər, ümidsizlik, köləlik, qəzəb və s. özünü birüzə verir.. Bu məsələ ilə maraqlanan psixiatrlar intiharı problem kimi qiymətləndirdikdə ictimai şəraitə lazımi əhəmiyyət vermirlər.

Psixoloqlar və psixiatrlar sosioloji izahatlara tənqidi yanaşaraq niyə bu şəxsin yox, filan şəxsin intihar etdiyini soruşurlar. Psixiatrın intihara qarşı tutumu olduqca maraqlıdır. Onlar İntihar fikirlərini dəlilik və ruhi xəstəliklə əlaqələndirmək üçün bir qısa yol seçdilər. Ancaq edilən araşdırmalarda intihar və dəlilik fenomeni arasında heç bir əlaqə yoxdur.

Təəssüf ki, bu gün psixiatriya bu tendensiyanı davam etdirir. İntihar edən şəxs isterik, sərhədli şəxsiyyət (borderlıne), psixoz, manik depressiya kimi xəstəliklərdən biridir.

Şəxsiyyət strukturlarının formalaşmasında həqiqətin gerçəkliyi, ailənin, ətraf mühitin və cəmiyyətin payı inkar edilməzdir.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights