Səudiyyə Ərəbistanı qadağanı qaldırdı

ELAZ.İNFO xəbər verir ki, artıq şəriət qanunları ilə idarə olunan və 73 ildir qadağan edilən Səudiyyə Ərəbistanında bəzi ərazi və məkanlarda spirtli içkilərin satışına icazə veriləcək. Bu addımın müəyyən şərtlər daxilində turizmin inkişafı üçün atıldığı bildirilib.

Məlumat üçün bildirək ki, şəriət qanunları ilə idarə olunan və uzun illərdir spirtli içkilərin qadağan olunduğu Səudiyyə Ərəbistanında spirtli içkilər yalnız turizm məqsədilə satılacaq.

Onu da qeyd edək ki, Səudiyyə Ərəbistanı 2026-cı ildən etibarən ölkədə 600 turistik məkanda spirtli içkilərin satışına və istehlakına icazə verəcək. Bəzi bölgələrdə şərab və pivə istehlakına icazə veriləcək. Bu icazə yalnız beşulduzlu otelləri, kurortları və lisenziyalı nümayəndələri əhatə edəcək.

Yeri gəlmişkən, bu addım turizm gəlirlərini artırmaq üçün atılır.

İlahə BAYINDIR

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights