Şərtlər üzə çıxdı

Alyaskada keçirilən görüş zamanı Putinin Ukraynada müharibəni dayandırmaq üçün irəli sürdüyü şərtlər üzə çıxıb.

Sözügedən şərtlər “ərazi qarşılığında sülh” modelinə əsaslanır və Ukraynanın dövlətçiliyi üçün ciddi güzəştlər nəzərdə tutur.

Məlumata görə, Putin yalnız bütün paket üzrə razılaşma əldə olunacağı halda atəşkəsə razılıq verəcəyini bildirib. Yəni Rusiya hərbi əməliyyatları dayandırmaq üçün əvvəlcədən deyil, yalnız yekun siyasi razılıqdan sonra addım atmağı planlaşdırır. Bu isə Kiyevin gündəlik raket və dron hücumları altında qalmasının davam edəcəyi anlamına gəlir.

Ukrayna prezidenti Volodimir Zelenski artıq bəyan edib ki, Donetsk və Luqansk kimi əsas bölgələrdən geri çəkilmək mümkün deyil. Tramp isə “Fox News”a müsahibəsində “daha çox razılıq əldə olunduğunu, amma yekun qərarın Ukraynaya məxsus olduğunu” vurğulayıb.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights