Şərqi Azərbaycan əyalətində onlarla tarixi abidə yox olmaq üzrədir

Elaz.info Təbriz mediasına əsasən məlumat verir ki, Qacarlar dövründə eyni adlı kəndin yaxınlığındakı dağın zirvəsində inşa edilən Aynalı sarayının bərpa və qorunması üçün əlaqədar dövlət orqanlarına müraciətlər cavabsız qalıb.
1907-ci ildə Avropa memarlığı üslubunda tikilən Aynalı sarayından 1945-ci ildə Cənubi Azərbaycan milli hökumətinin bölgədəki hərbi qərargahı kimi istifadə olunub.
Saray bundan əvvəl İranın milli əsərlər siyahısında qeydə alnsa da, onun qorunması üçün heç bir iş görülməyib.
Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şərqi Azərbaycan əyalətində onlarla tarixi abidə yox olmaq üzrədir.


Aydan ŞƏRBƏTOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights