Şərqi Azərbaycamda su ehtiyatları tükənir

ELAZ.İNFO xəbər verir ki,Keçən illə müqayisədə Şərqi Azərbaycan əyalətində yağıntının 20% və bənd ehtiyatlarının 50% azalması əyaləti ciddi su böhranı ilə üz-üzə qoyub.

Bu barədə Şərqi Azərbaycanın Regional Su Şirkəti məlumat yayıb.

Qeyd edək ki, ekoloqlar su qıtlığının yaranmasında əlaqədar dövlət qurumlarını günahlandırır, yağış və yeraltı suların idarə olunması üçün tədbirlər görmədiklərini bildirirlər.

Onların fikrincə, yağıntıların azalmasından daha çox mövcud su qaynaqlarından plansız şəkildə istifadə edilməsi quraqlığın artmasına səbəb olur.

Emin AZƏRİ Ərdəbil

Bizimlə oxuyun
Verified by MonsterInsights