Sərnişin təyyarəsi təhlükəli manevr etdi: Az qala bombardmançı ilə toqquşacaqdı

ELAZ.İNFO xəbər verir ki, ABŞ-da Delta Hava Yollarına məxsus sərnişin təyyarəsi havada olarkən B-52 bombardmançı təyyarəsini vurmamaq üçün təhlükəli manevr etmək məcburiyyətində qalıb. Cümə günü baş verən, lakin bazar günü ictimaiyyətə açıqlanan hadisə ilə bağlı araşdırma başladılıb.

ABC News-un məlumatına görə, Delta pilotu Şimali Dakota ştatının Minot şəhərinə yaxınlaşarkən B-52 bombardmançı təyyarəsi ilə toqquşmamaq üçün “aqressiv manevr” etdiyini bildirib.

Aviaşirkətdən verilən məlumata görə, hadisə iyulun 18-də baş verib. SkyWest şirkətinin idarə etdiyi təyyarə Minneapolisdən havaya qalxıb. Enişdən sonra pilot qəfil hərəkətinə görə üzr istəyib və vəziyyəti sərnişinlərə izah edib.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights