Sərnişin təyyarəsi qasırğadan keçdi

ELAZ.İNFO xəbər verir ki, Spirit Hava Yolları, Karib hövzəsini vuran Erin qasırğasına doğru uçan təyyarənin görünməsindən sonra ciddi tənqidlərə məruz qalıb.

Uçuş izləmə saytı Flightradar24 yazır ki, bazar ertəsi Filadelfiyadan yola düşən və Puerto-Rikonun San Juan şəhərinə gedən Spirit Flight NK2298 uçuşu 4-cü kateqoriya qasırğasına doğru gedirdi.

Qasırğanın 130 mil/saatdan (saatda 210 kilometr) çox küləklə hərəkət etdiyi zaman baş verən uçuş zamanı sərnişinlərin xəsarət almadığı bildirilir. Spirit-in sözçüsü Tommy Fletcher deyib ki, “Təhlükəsizlik həmişə bizim prioritetimizdir. Pilotlarımız uçuş zamanı prosedurlara və hava hərəkətinə nəzarət təlimatlarına əməl etdilər”.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights