Şərifə Məhəmmədiyə azadlıq

ELAZ.İNFO xəbər verir ki, Güney Azərbaycan Milli Məşvərət Şurası (GAMMŞ) Şərifə Məhəmmədinin azadlığı ilə başlı çağırış edib.Mətni tam olaraq çap edirik.

Azadlıq İnsan Haqları Cəmiyyəti (ƏRK)-in yaydığı məlumata görə, insan haqları mənbələrinin bildirdiyinə əsasən, Azərbaycanlı fəhlə hərəkatı fəalı, Lakan Rəşt həbsxanasında saxlanılan Şərifə Məhəmmədinin edam hökmü Ali Məhkəmə tərəfindən təsdiqlənərək qəti hal alıb.

Şərifə Məhəmmədinin vəkili Əmir Rəisiyan bildirib ki, Ali Məhkəmənin 39-cu şöbəsi əvvəllər çoxsaylı hüquqi iradlara görə onun müştərisinə verilən edam hökmünü ləğv etsə də, bu dəfə həmin iradlar aradan qaldırılmadan Rəşt İnqilab Məhkəməsinin qərarını təsdiqləyib.

Şərifə Məhəmmədi bundan öncə iki dəfə Rəşt İnqilab Məhkəməsi tərəfindən edama məhkum edilmişdi: əvvəlcə birinci şöbə, sonra isə ikinci şöbə tərəfindən. İkinci hökm Rəşt İnqilab Məhkəməsinin ikinci şöbəsinin sədri Məhəmmədəli Dərvişgövtar tərəfindən çıxarılmışdı. Qeyd edək ki, o, həm də birinci şöbənin sədri Əhməd Dərvişgövtarın oğludur. Ali Məhkəmə 1402-ci ilin Mehr ayında (2023-cü ilin oktyabrında) bu hökmü silahlı əməliyyatlarla əlaqənin olmaması, “baği” qrupuna üzvlüyün sübut olunmaması və müstəntiqlərin hesabatındakı ciddi qüsurlara görə ləğv etmişdi. Lakin eyni səviyyəli başqa bir şöbə həmin hökmü yenidən çıxardı və bu dəfə Ali Məhkəmə onu təsdiqlədi.

Bu fəhlə hərəkatı fəalı 1402-ci ilin Azər ayının 14-də (2023-cü ilin 5 dekabrında) Rəşt şəhərindəki evində İttilaat qüvvələri tərəfindən zorakılıqla həbs edilmişdi. O, saxlanma müddətində Sənəndəc və Rəşt İttilaat idarələrinin təcridxanalarında, həmçinin Sənəndəc Mərkəzi Həbsxanası və Lakan Rəşt həbsxanasında saxlanılıb. Məlumatlara görə, o, bu müddətdə psixoloji və fiziki təzyiqlərə məruz qalıb, məcburi etiraf almaq üçün işgəncələrə tutulub.

Azadlıq İnsan Haqları Cəmiyyəti – ƏRK-ə qoşulun!

Hörmət və sayğılarımla,

Rıza Qaraçay

Güney Azərbaycan Milli Məşvərət Şurası (GAMMŞ)

Bizimlə oxuyun
Verified by MonsterInsights