ELAZ.İNFO xəbər verir ki, bu gün 20 yaş kateqoriyasında çıxış edən sərbəst güləşçilərimiz komanda halında İtaliyanın Kaorle şəhərində keçirilən sərbəst güləş üzrə yarışlarda iştirak ediblər.
Əldə etdiyimiz məlumata görə Azərbaycan komandası qitə birinciliyini beş medalla başa vurub.
Komandamızın sərbəst güləşçilərindən Vasif Bağırov qızıl, Muradxan Ömərov, Yusif Dursunov gümüş, Ömər Gülməmmədov, Anar Cəfərli bürünc medal qazanıb. :
Məlumat üçün bildirək ki, komandanın böyük məşqçisi Arif Abdullayev, müəllimlər isə Rövşən Hacıyev və Əşrəf Əliyev olub.
İslam MAHMUDOV
