ELAZ.İNFO xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurası ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında razılaşma olub.
Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əlaəddin Burucerdi məlumat verib.
“Rafael Qrossi Agentliyin baş direktoru kimi vəzifələrini yerinə yetirməyib və onun cəzalandırılması zəruri idi. Yoxlamaya icazə verməməyin əsas səbəbi Qrossinin İranın nüvə obyektlərinə edilən hücumu pisləməməsi idi”,- Burucerdi əlavə edib.
Sözardı: AEBA, 1957-ci ildə yaradılmış və mərkəzi Vyana şəhərində yerləşən, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsini təşviq edən və hərbi məqsədlər üçün istifadəsinin qarşısını alan BMT-nin ixtisaslaşdırılmış beynəlxalq agentliyidir (beynəlxalq dildə IAEA). Agentlik nüvə təhlükəsizliyi, mühafizəsi və texniki əməkdaşlıq sahələrində fəaliyyət göstərir.
Bu təşkilatın fəaliyyətinin sorğulanması -nəticədə Rafael Qrossi xətalı imişsə,daha nə deyək.
Natəvan Bəydili