Sənətçinin vəziyyəti yaxşıdır

“Geniş Aile”, “Oflu Hoca”, “Emret Komutanım”, “Cenazemize Hoşgeldiniz”, “Aile Terbiyesi” və “Adalet” kimi çoxsaylı film və seriallarda rol alan Ufuk Özkan haqqında yeni xəbərlər var. Uzun müddətdir qaraciyər çatışmazlığından müalicə alan aktyora orqan nəqli əməliyyatı edilib.

ELAZ.İNFO xəbər verir ki, Xəstəxananın Orqan Nəqli şöbəsindən verilən açıqlamaya görə, həkimlər Özkanın 11 saatlıq çətin bir əməliyyat keçirdiyini, qaraciyər nəqlinin uğurla başa çatdığını və sənətçinin vəziyyətinin yaxşı olduğunu bildiriblər.

Kinooperator Salih Kıvırcıkın donor olduğu transplantasiya əməliyyatı Prof. Dr. Murat Dayangaç, Prof. Dr. Onur Yaprak və Dosent Dr. Cenk Şimşekdən ibarət bir qrup tərəfindən həyata keçirilib.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights