Şəkidə mal-qara oğurlayan dəstə üzvləri ifşa olundular.
Elaz.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Elşad Hacıyev özünün sosial şəbəkə hesabında yazıb ki, “bir neçə gün bundan öncə mənə jurnalist həmkarlarımızdan sorğular gəldi. Onlar bildirdilər ki, Şəkidə kənd sakinlərinin heyvanları oğurlanır, kütləvi müraciət var. Mən onlardan xahiş etdik ki, məlumatı paylaşmayın. Şübhəli şəxslər bilməli deyil ki, polis axtarır”.
Belə də oldu, həmkarlarımız bizə kömək etdilər, həmin məlumat gündəmə çıxmadı. Onlara təşəkkür etməyi özümə borc bilirəm.
Axtarış nəticəsində Bakıdan icarəyə götürdükləri avtomobillərlə Şəkidə mal-qara oğurlayan dəstə üzvləri ifşa olundular. Onlar Daşbulaq, Daşüz, Şorsu və rayonun daha 4 kəndindən oğurluq etməkdə şübhəli bilinirlər.
Hazırda tədqiqat işləri aparılır.
Natəvan BƏYDİLİ