ELAZ.İNFO xəbər verir ki, respublika üzrə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi bu gün bitib.
65 mindən çox müəllimin iştirakı ilə keçirilən imtahanla bağlı ətraflı məlumat bu günlərdə geniş ictimaiyyətə çatdırılacaq.
Məlumat üçün bildirək ki, MİQ üzrə müsabiqədə minimum bal toplayan Şəhid ailələrinin üzvləri olan müəllimlərə vakansiya seçimində öncəlik veriləcəkdir.
Günel GÜNTAC