Şəhid adı toxunulmazdır!!!

ELAZ.İNFO BAKI, 27.05.2025.

Şəhid adı çəkiləndə heç bir şəkilçi, qoşma, bağlayıcı işlədilməməlidir!!!

Nəinki Şəhid adı, hətta Şəhiddən geriyə qalmış bütün xatirə və yadigarlar.

Son zamanlar sosial şəbəkələrdə  belə xəbər gəzir ki, Gəncə şəhərindəki Şəhid plakatlarının sökülməsi güya icra başçısı tərəfindən həyata keçirilir. Heç inanmıram.

Bəzi şərhlərdə bildirilir ki, guya Gəncədə keçirilməsi planlaşdırılan sayca III MDB Oyunları ilə bağlı sökülüb. Mən bunu heç məntiqli hesab etmirəm. Çünki Ali Baş Komandanın siyasəti ilə bütün dünyaya mənfur, işğalçı qonşuların başımıza gətirdiyi faciəni, dünyaya çatdırmaq əsas amillərdən biri olub. Deməli, bu da məntiqli deyil. Amma bir ictimai baxış təcrübəmdən deyə bilərəm ki, çox güman ki, bu cür plakatlar keyfiyyətsiz çap olduğundan, şəkillərin yarasız hala düşmə səbəbindən və buna görə də turistlərin bu cür mənzərə ilə qarşılaşması səbəbindən sökülməsi daha məqsədə uyğundur.

Əziz xalqım! Məncə hər yol kənarına, dayanacaqlara, dükan, market süşələrinə Şəhid şəklini yapışdırmaqla müqəddəslərimizi ucuzlaşdırmayaq!

Bunun üçün dövlətin ayırdığı xüsusi yerlər var.

Dövlətimiz həmişə böyük qayğı və ehtiramla hər bir vətəndaşının yanındadır. Xüsusəndə Şəhid, Qazi, Veteran ailələrinin!

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights