“Şəhərdaxili davranış qaydaları” yoxdur?!

İrad. Məlumdur ki, özünə hörmət edən şirkətlərdə, firmalarda, müəssisə və təşkilatlarda, ali və orta məktəblərdə “daxili intizam qaydaları” vardır və bu qaydalara əməl edilməsi zəruridir. Belə qaydalar təkcə nizam-intizama yox, həm də təmizlik və düzlüyə çağırış kimi qəbul olunur.

Təklif: Bəs nə üçün Bakı şəhəri kimi  bir meqapolisin “şəhərdaxili davranış qaydaları” yoxdur?! Yaxşı olardı ki, belə bir qaydalar toplusu yaradılsın və kütləvi informasiya vasitələri ilə geniş təbliğ edilsin.

Nəzərə alsaq ki, şəhərdə yaşayan sakinlərin və gəlib-gedən qonaqların intellektual səviyyələri xeyli dərəcədə fərqlidir, o zaman bu zərurəti başa düşmək olar.

Ağasəf İMRAN

Bizimlə oxuyun
Verified by MonsterInsights