Səfir Naxçıvana gəldi

ELAZ.İNFO xəbər verir ki, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilk dəfə Naxçıvana səfərə gəlib. Səfir Naxçıvanın onun üçün xüsusi mənəvi önəm daşıdığını bildirib:

“Naxçıvan Mustafa Kamal Atatürkün Türk qapısı adlandırdığı, Türkiyənin Azərbaycanla quru sərhədinin olduğu yeganə bölgədir. Elə bu səbəbdən də “Ümid körpüsünün” açıldığı yer olaraq tarixə düşüb”.

Səfir Zəngəzur dəhlizi mövzusuna da toxunub:

“Xüsusilə, İkinci Qarabağ Müharibəsindən sonra yaranmış yeni dövrdə Zəngəzur dəhlizinin açılması bölgə üçün böyük əhəmiyyət daşıyır. Arzumuz odur ki, bu dəhliz bölgədə sülh və əməkdaşlığı təmin edən, Orta dəhlizin güclənməsinə xidmət edən birləşdirici körpü olsun”.

elaz.info

Bizimlə oxuyun
Verified by MonsterInsights