ELAZ.İNFO Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, aprelin 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölgəsi və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Şəmkir rayonunda yerləşən “N” saylı hərbi hissədə “Dini fanatizm, radikalizm və ekstremizmin fərdi və ictimai fəlakətləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölgəsinin aparıcı məsləhətçisi Vüqar Əliyev, Şəmkir şəhər “Cümə” məscidinin imamı Elmar Rzayev, hərbi hissənin şəxsi heyəti iştirak edib.
Çıxışlarda zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat verilib. Bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyi qeyd edilib. Azərbaycan xalqının zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.