Biləsuvar rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbir Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin dəstəyi ilə “Kino Sənayesinin İnkişafı” İctimai Birliyinin “Hər kəs üçün kino” layihəsi çərçivəsində gerçəkləşib. Rayon ictimaiyyəti ilə yanaşı filmin aktyorları Taleh Yüzbəyov, Oqtay Mehdiyev və Nəzakət Heydərova da iştirak edib.
Baş prodüseri, Orxan Mərdan, rejissoru Rüfət Şahbazov olan filmin ssenarisi Orxan Mərdan, Vüqar Hüseynov və Talıb Əhmədov tərəfindən yazılıb.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov uğurlu ekran əsərinə görə filmin yaradıcı heyətinə təşəkkür edərək, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Qeyd edək ki, “Səma ilə görüş” filmində baş rolları Rafael İsgəndərov, Taleh Yüzbəyov, İlkin Həsəni, Kəmalə Piriyeva, Turanə Hüseynli və Əlibəy Məmmədli canlandırıb.
Dram janrında çəkilən “Səma ilə görüş” filmi xəstələrə yardım etmək istəyən dostlardan bəhs edir. Bu dostların yalan və oğurluq üzərində qurulmuş ömrü bir gün onlara həyat dərsi verir.
Natəvan BƏYDİLİ