Şəkidə Bədbəxt Hadisə: Epilepsiya Xəstəsi Kanala Düşərək Vəfat Etdi

ELAZ.İNFO xəbər verir ki, Şəki rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb. Məlumata görə, 1993-cü il təvəllüdlü kənd sakini Abuzər Əsgərov kənd ərazisindən keçən su kanalına düşüb. Hadisənin şahidi olan şəxslər dərhal köməyə gələrək onu sudan çıxarıblar. Lakin ağır vəziyyətdə olan gənc xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

İlkin məlumatlara görə, mərhum uzun müddət idi ki, epilepsiya (sara) xəstəliyindən əziyyət çəkirmiş. Ehtimal olunur ki, gənc kanalın yaxınlığında olarkən qəfil xəstəlik tutması baş verib və o, müvazinətini itirərək suya yıxılıb. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır, ölümün dəqiq səbəbi ekspertizadan sonra bəlli olacaq.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights