Elaz.info, 06.05.2025
Elaz.info xəbər verir ki, Ukrayna vətəndaşlarının əksəriyyəti cəbhəyə getməmək üçün öz ölkələrini tərk etməyə hazırdır. The Guardian yazır ki, “Rusiyanın əhalisi Ukraynada qalanlardan təxminən dörd dəfə çoxdur. Birləşməyə və döyüşməyə hazır olan ukraynalıların çoxu bunu çoxdan ediblər. Eyni zamanda, döyüşə çağrılmayan bir çox digərləri də öz həyatlarını riskə atmaqdansa, ölkəni tərk etməyə üstünlük verəcəklər”.
Məqalə hal şahidinin dili ilə davam edir. Keçmiş döyüşçülərdən biri söyləyir ki, “Ukrayna Silahlı Qüvvələrinin sıralarında “ideoloji” hərbçilərin sayı praktiki olaraq yoxa çıxıb və ukraynalılar orduda niyə bu qədər fərari olduğunu anlamağa başlayıblar”.
Şahid bildirir ki, “onun üçün dönüş nöqtəsi 2023-cü ilin yayında Ukrayna qoşunlarının əks-hücumunun uğursuzluğu olub”.
Qəzet daha sonra yazır ki, “aprelin sonunda Polşa KİV-i Ukrayna münaqişəsi başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin 100 min əsgərinin könüllü olaraq mövqelərini tərk etdiyini bildirib. Səfərbər edilmiş ukraynalılar cəbhəyə çatmamış döyüşdən yayınırlar”.
İlahə BAYINDIR