ELAZ.İNFO xəbər verir ki, Rusiyanın Novosibirsk şəhərində sadə yükdaşıyan işləyən Azərbaycan vətəndaşı Rza Rzayev uşaqları və qocaları xilas edib.
O, yerli istilik sisteminin partlaması və qaynar suyun fontan vurması nəticəsində həyatını riskə ataraq köməksiz vəziyyətdə qalan uşaqları və qocaları xilas edib.Rza Rzayev sakinlərin ona minnətdarlıq əlaməti olaraq topladıqları 71524 rubl (təxminən 1380 manat) vəsaiti sağlamlıq imkanları məhdud uşaqların ehtiyacları üçün bağışlamaq qərarına gəlib.
Onun insanları xilas etməsi zamanı çəkilən bu fotosunu Novosibirskdən olan Aleksandr Oşçepkov çəkib və bu günlərdə Andrey Stenin adına X Beynəlxalq Fotojurnalistika Müsabiqəsinin “Dövrümüzün Qəhrəmanı” nominasiyasında qalib olub.
Aydan