Rusiyaya qarşı müharibə aktı

ELAZ.İNFO xəbər verir ki,“Amerikanın Rusiyaya qarşı yeni sanksiyaları və Prezident Donald Trampın Budapeşt sammitini ləğv etməsi Rusiyaya qarşı müharibə aktıdır”.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev “MAX” platformasındakı kanalında yazıb.

“Əgər çoxsaylı şərhçilərdən kimdəsə hələ də illüziyalar qalıbsa, buyurun. Amerika bizim düşmənimizdir. Onların çox danışan “sülhməramlısı” indi tam olaraq Rusiya ilə müharibə yoluna qədəm qoyub”, – Medvedev bildirib.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights