Rusiyaya “qanunsuz müharibəni” dayandırması üçün ardıcıl təzyiq etmək lazımdır

ELAZ.İNFO xəbər verir ki, dünən Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin liderləri birgə bəyanat yayaraq, Ukraynanı dəstəklədiklərini bir daha vurğuladılar.

Onlar sülhün yalnız Rusiyaya “qanunsuz müharibəni” dayandırması üçün ardıcıl təzyiq etməklə əldə oluna biləcəyini vurğuladılar.

RUSİYAYA QARŞI SANKSİYALAR DAVAM EDƏCƏK
Bəyanatda “beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilə bilməz” prinsipi təkrarlanıb və Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağı bildirilib.

Bu bəyanat ABŞ prezidenti Donald Trampın avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putinlə Ukraynada müharibəyə son qoyulmasını müzakirə etmək üçün görüşəcəyi açıqlamasından sonra verilib.

Ağ Ev Ukrayna lideri Volodimir Zelenskinin də dəvət oluna biləcəyini, lakin hazırda yalnız ikitərəfli görüşün planlaşdırıldığını açıqladı.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights