ELAZ.İNFO xəbər verir ki, regionda gərginliyin artması fonunda Rusiyanın Qətərdəki səfirliyi öz vətəndaşlarının təxliyəsi üçün yeni addım atıb. Diplomatik missiyanın yaydığı məlumata görə, 14 mart tarixində Dohadan Moskvaya növbəti xüsusi (çıxarılma) reys həyata keçiriləcək.
Uçuşun “Qatar Airways” aviaşirkəti tərəfindən yerinə yetirilməsi planlaşdırılır: Tarix: 14 mart, Uçuş vaxtı: Yerli vaxtla saat 11:40 İstiqamət: Doha – Moskva. Səfirlik qeyd edir ki, hazırda aviaşirkətin rəsmi saytında bu reys barədə məlumat olmasa da, diplomatik kanallarla ilkin razılıq əldə edilib.
Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra Qətər fevralın 28-dən etibarən öz hava məkanını bağlayıb. Regiondakı gərginlik İranın cavab zərbələri, o cümlədən Qətər, Bəhreyn və BƏƏ-dəki ABŞ obyektlərinə hücumları ilə daha da kəskinləşib. Bu səbəbdən xarici ölkələrin vətəndaşlarının təxliyəsi xüsusi icazəli reyslərlə həyata keçirilir.
Ruslan MƏMMƏDOV