Rusiyanın “əl-qolunu” bağlamaq üçün hər şeyi ediblər Bəziləri guya Rusiya ordusunun gücsüz olduğunu əsaslandırmaq üçün Zelenskisayağı deyirlər ki, Rusiya ordusu Ukraynada qarış-qarış irəliləyir, işğal olunan əraziləri fb formatında göstərərək, onun 3 ilə az qala irəliləmədiyini göstərmək istəyirlər.
Bu məsələyə aydınlıq gətirmək istəyirəm.
- Ukrayna Avropanın ən böyük əraziyə malik ölkəsidir. Onun fb-də göstərilən xəritəsində bir şəhər nöqtə boyda görünür.
-Rusiya sürətlə irəliləmək taktikası ilə müharibə aparmır, onun məqsədi Ukraynanı və arxasında dayanan Qərbi iqtisadi və hərbi cəhətdən tükəndirib, öz iradəsini diqtə etməkdir. Bu haqda ətraflı yazmışdım deyə uzatmıram. - Hətta bu taktika ilə də əslində Rusiya böyük ərazilər ələ keçirir. Müqayisə üçün İsrailin Qəzza müharibəsinə baxaq.
İsrail Yaxın Şərqin ən güclü ordusu hesab edilirdi, ən azı hərbi texnika ilə təchizat cəhətdən dünyanın ən yaxşı ordularından biridir. Həmçinin ABŞ və bütün Qərb İsrailə əlindən gələn bütün köməyi edib (maliyyə, iqtisadi, siyasi, silah-sursat, kəşfiyyat, hətta hərbi). Eyni zamanda onun Qəzzada istədiyi ən vəhşi üsullardan istifadə etməsinə Qərb yaşıl işıq yandırıb, bu ilin avqustunadək heç bir ölkə ona qarşı sanksiya tətbiq etməyib.
Tam blokadada olan Qəzza müdafiəçiləri isə heç yerdən kömək almayıblar, heç bir hərbi texnikaları yoxdur, şəhər-istehkamları yoxdur, İsrail onları ac, susuz, dərmansız, həkimsiz, elektriksiz saxlayır. Yalnız atıcı silahları və qumbaraları var.
Yəni İsrail Qəzzadan müqayisəolunmaz qədər üstündür. Lakin bütün vəhşiliklərinə baxmayaraq, İsrail mühasirədə olan Qəzzanı tam işğal edə bilmədi.
Bilirsiniz, Qəzzanın ərazisi nə qədərdir? – 360 km². Hazırda İsrail ordusu onun 50%-nə nəzarət edir.
Başqa sözlə, “məğlubedilməz” İsrail dünyanın ən güclü Qərb dövlətləri ilə birlikdə 2 il ərzində cəmi 180 km² ərazi tuta bilib!
Rusiya isə Ukraynada təkcə noyabrda 505 km² ərazi tutub və hər ay azı bir Qəzza boyda ərazi işğal edir. Həm də bu müharibədə həmin güclü Qərb dövlətləri Ukraynanın tərəfindədirlər və Rusiyanın “əl-qolunu” bağlamaq üçün hər şeyi ediblər.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi


