Rusiyalı turistlərin Yaxın Şərqdən təxliyəsi

ELAZ.İNFO xəbər verir ki, Rusiya Turizm Operatorları Assosiasiyası (ATOR) Yaxın Şərq ölkələrində qalan Rusiya vətəndaşlarının geri qaytarılması prosesinin son tarixini açıqlayıb. Qurumun icraçı direktoru Maya Lomidze bildirib ki, proses martın 15-nə qədər tamamlanacaq.

Lomidzenin sözlərinə görə, hazırda Yaxın Şərqin müxtəlif ölkələrində cəmi bir neçə min rusiyalı turist qalıb:

Münaqişənin başladığı ilk günlərdə regiondakı rusiyalı turistlərin sayı təxminən 50 min nəfər qiymətləndirilirdi. Qısa müddət ərzində turistlərin böyük əksəriyyəti xüsusi reyslərlə ölkəyə qaytarılıb. Qalan bir neçə min nəfərin növbəti 4 gün ərzində çıxarılması planlaşdırılır.

Turizm axını kəskin azalıb

ATOR-dan bildirilib ki, Fars körfəzi ölkələrinə turizm axını regiondakı hərbi gərginlik səbəbindən ciddi şəkildə azalıb. Maya Lomidze qeyd edib ki, bu, son illərin ən böyük təxliyə əməliyyatlarından biridir. Hazırda əsas diqqət Qətər, BƏƏ və digər körfəz ölkələrindəki vətəndaşların təhlükəsizliyinə yönəlib.

Qeyd edək ki, İran ətrafındakı münaqişəyə baxmayaraq, bəzi istiqamətlərdə (məsələn, Maldiv adaları) otel qiymətlərində hələlik ciddi artım müşahidə olunmur. Lakin uçuş marşrutlarının dəyişməsi bilet qiymətlərinə təsir edə bilər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights