Rusiyalı jurnalist-şərqşünas Nikita Smaqin cəzalandırıldı

Rusiya bizi heyrətləndirməyə davam edir…

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanla əməkdaşlığa görə rusiyalı jurnalist-şərqşünas Nikita Smaqin də cəzalandırıldı.

Politoloq Sergey Markovun ardınca, Rusiya Ədliyyə Nazirliyi N.Smaqinin də adını “xarici agent”lər reyestrinə saldı, “inoagent” elan etdi.

P.S.Bu gedişlə Rusiya Ədliyyə Nazirliyi Putinin özünü də “inoagent” elan edə bilər. Çünki Putin də uzun müddət Azərbaycanla əməkdaşlıq edib, müttəfiqimiz olub.

Bəli, Fyodor Tütçev demişkən, həqiqətən də “Rusiyanı ağılla anlamaq mümkün deyil”.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights