Rusiyada təyyarə qəzaya uğradı, 49 nəfər öldü

ELAZ.İNFO xəbər verir ki, cümə axşamı Rusiyanın Uzaq Şərq regionunda sərnişin təyyarəsi qəzaya uğrayıb, nəticədə göyərtədə olan 49 nəfərin hamısı həlak olub.

Vilayətin qubernatoru Vasili Orlovun verdiyi açıqlamada 43 sərnişin və 6 ekipaj üzvü olan sovet dövründən qalma Antonov An-24 təyyarəsi Çinlə sərhəd yaxınlığındakı Blaqoveşenskdən kiçik Tynda qəsəbəsinə gedərkən radardan çıxıb.

Xilasetmə əməliyyatlarına qatılan müstəntiqlər sağ qalanların olmadığını təsdiqləyiblər. Rəsmilər təhlükəsizlik pozuntuları ilə bağlı araşdırmaya başlayıb.

Məlumat üçün bildirək ki, uçuş Şərqi Sibirin İrkutsk şəhərində yerləşən kiçik aviadaşıyıcı olan Angara Airlines tərəfindən həyata keçirilib.

Region prokurorları Tass xəbər agentliyinə bildiriblər ki, təyyarə yerə enə bilmədikdən sonra idarəetmə qülləsi ilə əlaqəni kəsib və Tynda kiçik aerodromuna ikinci dəfə yaxınlaşmaq üzrə olub. Məlumata görə, heç bir texniki nasazlıq qeydə alınmayıb.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights