Rusiya Yekaterinburq hadisələri ilə bir daha zəif olduğunu bildirdi

ELAZ.İNFO xəbər verir ki, Rusiyada baş verən son hadisələr onu göstərir ki, bu ölkədə milli və dini mənsubiyyətə görə insanlar üzərində sistemli təqib və basqılar artıq təsadüfi deyil, düşünülmüş dövlət strategiyasının tərkib hissəsidir.

Hazırda Rusiyada hüquq-mühafizə orqanları faktiki olaraq REKET dəstəsinə çevrilib. İdeoloji müstəvidə isə bunun zəmini hələ 1990-cı illərdə qoyulmuşdu – o zaman “skinhed” dəstələri küçələrdə zorakılıq törədirdi, bu gün isə həmin funksiyanı rəsmi qurumlar icra edir, lakin daha amansız və qanuni don geyindirilmiş şəkildə.
Hazırda Rusiyada yol kənarında döyülmək, heç bir səbəb göstərilmədən saxlanılmaq və işgəncəyə məruz qalmaq adi hal alıb.

Azərbaycan bu siyasətin qurbanı olan ilk ölkələrdən biridir. 20 Yanvar hadisəsi, Xocalı soyqırımı, torpaqlarımızın 30 il işğal altında qalması və Rusiya sülhməramlılarının fəaliyyətsizliyi – bütün bu faktlar Rusiya Federasiyasının tarixən Azərbaycana münasibətində ikili standartları və onun zərərli təsirini açıq şəkildə ortaya qoyur.
Dəfələrlə Rusiyaya çörək pulu dalınca gedən bir Azərbaycanlı kimi deyə bilərəm ki, dövlət və ya millət olaraq onlar bizi heç vaxt sevməyib.
Həmişə ailəmizə çörək pulu qazanaraq Rusiya iqtisadiyyatına verdiyimiz dəyəri onlar 1941-ci ildə olduğu kimi borclu olduğumuzu düşünür. Əlbəttə, rus millət ərazi, əhali və iqtisadi baxımdan regionda hegemonluğunu sopa gücünə saxlaya bilib. Düşünürəm ki , zor gücünə məhəbbət olmaz prinsipi ilə baxsaq görərik ki, Rusiya imperiyası yaxın müddətdə parçalanmasından qorxaraq, ən yaxın qonşularına bacardığı təsir qüvvəsini göstərir. Aşağıdakı atalar sözünün məcazi mənasına diqqət etsək görərik ki, həm səsini ucaldıb qorxudur, həm qulağını sallayıb qorxduğunu etiraf edir. Bu Rusiyada baş vermiş miqrant məsələsi deyil, birbaşa Azərbaycana hazırlanmış terrordur. Çünki Rusiya bilir ki, tezliklə Turan yaranacaq və Azərbaycan Qafqazda ən güclülərdən biri olacaq.
Fikrimcə, bu terror hadisəsi davam edəcək və buna görə də dövlətimiz qabaqlayıcı tədbirlər görməlidir.
Bunun üçün nə etməli?
Ən əsası millətimiz istər Rusiyada, istər Azərbaycanda heç bir provokasiyaya getməməli, təmkinli olmalı və sivil qaydada tapdalanmış haqlarının hüquqi yolla bərpasını gözləməlidir. Dövlət olaraq, isə ən birincisi quru sərhədləri açmalı, bütün Rusiya vətəndaşı olan, olmayan soydaşlarımıza qucaq açmalı, təcili iş müqavilələri bağlamalı və ya ağzı bağlı qalan sənaye zavodlarını işə salmalı, Rusiyadan gələn iş adamlarını tamamilə və ya sadə adamları uzun müddətə vergidən və ya digər sosial ödənişlərdən azad etməli və digər güzəştli iş biznes ş təklifi planı hazırlanmalıdır.


Vətəndaş mövqeyi ilə -Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights