Rusiya yeganə atom buzqıran donanmasına malikdir

Rusiya Arktikada dəniz nəqliyyatını gücləndirmək üçün nəzərdə tutulmuş dünyada yeganə atom buzqıran donanmasına malikdir.

Rosatom-un törəmə şirkəti Atomflotun donanmasına Arktika sinifli Yamal və 50 Let Pobedyi, Taymir sinifli Taymir və Vayqaç və səkkiz atom buzqıran gəmisi daxildir: Arktika, Sibir, Ural və Yakutiya, Layihə 22220 çərçivəsində inşa edilmişdir.

Taymir və Vayqaç buzqıran gəmiləri əsasən çayların girişləri kimi ərazilərdə işləmək üçün nəzərdə tutulub, Layihə 22220 atom buzqıran gəmiləri isə Şimal Buzlu Okean da daxil olmaqla, daha çətin buzlu şəraitdə öz vəzifələrini yerinə yetirə bilir.

Atomflot donanmasına daha dörd nüvə buzqıran gəmisi əlavə etmək üçün işlərini davam etdirir və Rusiya il ərzində Şimal Dəniz Marşrutunda kommersiya gəmilərinin müntəzəm naviqasiyasını təmin etməyi hədəfləyir.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights