ELAZ.İNFO xəbər verir ki, Rusiya və Ukrayna hər biri daha 303 məhbus dəyişdirib. Rusiya üç günlük hərbi əsir mübadiləsinin tamamlandığını açıqladı.
Türkiyənini CNN agentliyi yazır ki, mübadilədən sonra Rusiya “Ukrayna tərəflərinin min nəfər üçün min nəfər düsturunu tətbiq etdiyini”, Ukrayna prezidenti Zelenski isə “Türkiyədə razılaşdırılan 1000-ə 1000 nəfərlik mübadilə razılaşmasının üçüncü hissəsinin tamamlandığını” açıqladı.
Məlumat üçün bildrək ki, Rusiya və Ukrayna arasında üç günlük hərbi əsir mübadiləsi başa çatıb. İki ölkə arasında ümumilikdə minə yaxın əsir dəyişdirilib.
Yazdı:
İlahə BAYINDIR
