Rusiya siyahı hazırlayıb Ukraynaya təqdim edəcək

ELAZ.İNFO. BAKI. 19.05.2025

ELAZ.İNFO xəbər verir ki, Rusiya atəşkəs üçün şərtlər siyahısını hazırlayıb Ukrayna tərəfinə təqdim edəcək.

Bu barədə bu gün ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Həqiqətən də tərəflər atəşkəs üçün şərtlər siyahısını mübadilə etmək barədə razılığa gəliblər. Bu istiqamətdə iş davam edir – Rusiya tərəfi belə bir siyahı hazırlayacaq və təqdim edəcək, Ukrayna tərəfi ilə mübadilə edəcək. Siyahıda nələrin öz əksini tapacağını  yəqin ki, açıqlamaq lazım deyil, danışıqlar davam edir və qapalı formatda aparılmalıdır”-deyə Kremlin nümayəndəsi bildirib.

Natəvan BƏYDİLİ

Verified by MonsterInsights