Rusiya Şərqdən əl çəkmir- Ərəb Dövlətləri Liqasını əməkdaşlığa dəvət edir

Elaz.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Kremldə Oman sultanı Heysəm bin Tarek Əl Səidlə danışıqları zamanı deyib ki, “Biz Rusiya sammitində Ərəb Dövlətləri Liqasını –Omanı görəcəyimiz üçün şad olacağıq”.

Tass-da yayımlanan məlumata görə daha sonra Vladimir Putin vurğulayıb ki, -“Biz bu il Rusiya ilə ərəb ölkələri arasında sammit keçirməyi planlaşdırırıq. Ərəb dünyasındakı bir çox dostlarımız bu ideyanı dəstəkləyirlər. Əlahəzrət, əgər vaxt tapsanız, sizi Ərəb Dövlətləri Liqasının Rusiyada keçiriləcək bu sammitində görməkdən şad olarıq”.

Məlumat üçün bildirək ki, Omanın sultanı Heysəm bin Tarek Əl Səid Rusiyaya dövlət səfərinə gəlib. Aprelin 22-də o, Kremldə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Liderlərin Moskva və Maskat arasında ikitərəfli əməkdaşlığın inkişafının əsas istiqamətlərini, o cümlədən ticarət-iqtisadi, maliyyə, investisiya və mədəni-humanitar sahələrdə müzakirə aparacaqları gözlənilir. Gündəliyə aktual beynəlxalq məsələlər də daxildir. Bu görüşdə İranın nüvə proqramı ilə bağlı söhbətlərin aparılması gözlənilir.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights