Rusiya Qara dənizdə və Azov dənizində 164 PUA-nı vurub

ELAZ.İNFO xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun Rusiya ərazisinə pilotsuz uçuş aparatı (PUA) hücumu başlatdığını açıqladı.

Gecə ərzində müxtəlif ərazilərdə, eləcə də Qara dəniz və Azov dənizi üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən 164 PUA-nın vurulduğu bildirilib.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar öz Telegram kanalında bölgədəki PUA hücumunda iki nəfərin yaralandığını açıqlayıb.

Rusiyanın Krasnodar vilayətinin əməliyyat qərargahı bildirib ki, PUA hücumu nəticəsində Qara dəniz sahilindəki Tuapse limanında yanğın baş verib.

Limanda iki xarici gəminin zədələndiyi, lakin itki olmadığı bildirilib.

RUSİYA ENERJİ İNFRASTRUKTURUNU HƏDƏFƏ APARIB

Rusiyanın Ukraynaya hücumları davam edir.

Ukraynanın enerji infrastrukturunu hədəf alan yeni pilotsuz uçuş aparatları və raket hücumları ötən cümə axşamı ölkə daxilində elektrik kəsintilərinə və məhdudiyyətlərə səbəb olub.

Ukraynanın Baş naziri Yuliya Svırıdenko Moskvanın taktikasını “sistematik enerji terrorizmi” adlandırıb.

Hakimiyyət orqanlarının məlumatına görə, hücumlarda ən azı iki nəfər ölüb, 2 yaşdan 16 yaşa qədər uşaqlar da daxil olmaqla 17 nəfər yaralanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumda 650-dən çox dron və 50-dən çox müxtəlif növ raketdən istifadə etdiyini açıqlayıb.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights