Rusiya Premyer Liqasında VAR “fırtınası”: Heç bir oyun qalmaqalsız keçmədi

ELAZ.İNFO xəbər verir ki,Qış fasiləsindən sonra start götürən Rusiya Premyer Liqasının (RPL) 19-cu turu gərgin mübarizə və hakim qərarları ilə yadda qalıb. Turun səkkiz oyununun hər birində baş hakimlər VAR sisteminə müraciət etməli olublar.

Çempionluq uğrunda mübarizə aparan “Krasnodar”, “Zenit” və “Lokomotiv” öz oyunlarını qələbə ilə başa vuraraq mövqelərini qoruyublar. Lakin qazanılan xallardan çox, meydandakı mübahisəli anlar müzakirə mövzusuna çevril Zenit– Baltika (1:0): Ofsayd xətlərinin çəkilməsi ilə bağlı ciddi narazılıqlar yaranıb. Orenburq – Akron (2:0): Turun ən səs-küylü hadisəsi bu oyunda baş verib. Artyom Dzyubanın qolu VAR müdaxiləsindən sonra ofsayd səbəbindən ləğv edilib və bu, ulduz futbolçunun kəskin etirazına səbəb olub.

Mütəxəssislər qeyd edirlər ki, mövsümün bərpası ilə birlikdə hakimlik məsələsi yenidən ən ağrılı yerə çevrilib. Xüsusilə ofsayd xətlərinin təyin edilməsindəki qeyri-dəqiqliklər klub rəsmilərinin və azarkeşlərin böyük narazılığına səbəb olur. Çempionatın həlledici mərhələsində texnologiyanın bu dərəcədə ön plana çıxması turnir cədvəlinə birbaşa təsir göstərə bilər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights