Rusiya öz məqsədinə nail olub?

Rusiya indiki vəziyyətdə faktiki olaraq öz məqsədinə nail olub.

Rusiya tələb edir ki, ABŞ, Ukrayna və Avropa Krımın və Ukraynanın digər 4 vilayətinin Rusiya ərazisi kimi de-yure tanımalıdırlar. Hər halda Planın mətbuatda dərc olunan ilkin versiyasında bunlar qeyd olumuşdu. Ola bilər, Ukrayna və Avropa sonradan həmin bəndi çıxardıblar, lakin Rusiya tərəfi həmin tələblərdən geri çəkilməyəcəyini şifahi olaraq da bildirib. Bu nə deməkdir?

Rusiya bilir ki, onun bu tələbi qəbul edilməyəcək: ABŞ qəbul etsə də – Ukrayna qəbul etməyəcək, ABŞ Ukraynanı məcbur etsə – Avropa qəbul etməyəcək, ABŞ Aİ-ni də məcbur etsə – Britaniya qəbul etməyəcək. Britaniya heç bir halda qəbul edə bilməz, çünki Ukraynaya nəzarət Britaniyanın dünyada söz sahibi kimi qalması üçün son ümididir. Tələb təmin olunmayınca Rusiya müharibəni davam etdirəcək və daha da irəliləyəcək.

Belə düşünülübsə, niyə Rusiya ABŞ-la Plan ətrafında danışıqlar aparır? Rusiyanın bu tələbini ABŞ təmin etməlidir. Yəni ABŞ Kollektiv Qərbin adından danışırsa, Qərbə diqtə edə bildiyini əməldə göstərməlidir. Bunu edə bilmirsə, onun təsir zonası avtomatik kiçilir. Tramp hələ də Avropanın ona tabe olduğunu həm özünə, həm də Rusiyaya (və Çinə) sübut etməlidir. Sübut edə bilsə, onun masa arxasında gücü də artır. Deməli, ABŞ Ukraynanı, Aİ-ni (əsasən, Fransa və Almaniyanı) və Britaniyanı məcbur etməlidir ki, Rusiyanın tələbini qəbul etsinlər. Aydındır ki, bu onlar arasında qarşıdurmanın güclənməsinə səbəb olacaq. Rusiyaya da elə bu lazımdır ki, Ukraynada öz planlarına rahat nail ola bilsin.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights