Rusiya miqrantları vətəndaşlıqdan məhrum edir?

ELAZ.İNFO xəbər verir ki, Rusiya miqrantların vətəndaşlıqdan məhrum edilməsi üçün əsasları genişləndirib. “RİA Novosti” xəbər verir ki, Dövlət Duması qanun layihəsini ikinci və üçüncü oxunuşda qəbul edib.

RİA-Novosti yazır ki, qəbul edilmiş vətəndaşlıqdan məhrumetmə üçün əsasların siyahısına bir sıra cinayətlər daxil ediləcək. Bunlara ictimai çağırışlar, terrorizmə bəraət qazandırmaq və ya təbliğ etmək, Rusiyanın təhlükəsizliyinə xələl gətirmək üçün başqa dövlət, beynəlxalq və ya xarici təşkilatla gizli əməkdaşlıq, habelə Rusiyanın iştirak etmədiyi beynəlxalq təşkilatların qərarlarının icrasına köməklik daxildir.

Bundan əlavə, siyahı Rusiyanın təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə düşmənə yardım etmək və bu cür fəaliyyətlərə ictimai çağırışlar etmək, nasist atributlarının və ya simvollarının təbliği, habelə ölkənin mühüm informasiya infrastrukturuna qanunsuz təsir göstərmək kimi cinayət əməllərini əhatə etməklə genişləndirilib.

Siyahıya digər cinayətlər də daxil edilib. Onların arasında insanın həyatından məhrum etmə, uşağa qarşı nalayiq hərəkətlər, qeyri-qanuni miqrasiyanın təşkili, ekstremist motivli və ya terrora və ya təxribata haqq qazandırmaq məqsədi ilə cinayətlər və s.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə öz növbəsində bildirib ki, Rusiya onun qanunlarına əməl edəcək, adət-ənənə və mədəniyyətə hörmət edən, dili bilən vətəndaşları qəbul etməlidir.

Bundan əvvəl Dövlət Duması miqrantların vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı qanun layihəsi ilə bağlı izahatlar verib. Dövlət Dumasının sədr müavini İrina Yarovaya aydınlıq gətirib ki, miqrantlar törətdikləri cinayət əməllərinə görə verilən müddətdən asılı olmayaraq, əldə etdikləri vətəndaşlıqdan məhrum ediləcəklər.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights