Rusiya mətbuatı kitab haqda məlumatları ictimaiyyətə yaydı

ELAZ.İNFO xəbər verir ki, Alyaska sammitində Putin Trampa bir kitab hədiyyə etdi. Mətbuat bunun nə kitab olduğu ilə maraqlanırdı. 2 gün sonra Rusiya mətbuatı kitab haqda məlumatları ictimaiyyətə yaydı.

Kitab Rusiyanın Ukraynaya təmənnasız qaytarmaq istədiyi 1000 ukraynalı əsir haqqındadır. Kitabın üz qabığında onların bir qrupunun portretləri fonunda “1000” yazılıb. Kitabın içində isə hər bir əsirin haqqında qısa məlumat, portreti və əsirlərin geri qayıtmaq istəyini ifadə edən imzalanmış kollektiv petisiyanın surəti var.

Ukrayna bir aydan çoxdur bu əsirləri götürmək istəmir. Rusiya deyir ki, Ukrayna rəhbərliyi “Azov” və digər millətçi (faşist) hərbi birləşmələrdən olan əsirləri almaq istəyir. Amma məncə, məsələ başqa cürdür.

Rusiya sağlam əsir qaytarmaq istəməz, düzünə qalsa, onların çoxu hələlik heç qayıtmaq da istəməz. Çox güman ki, bu əsirlər artıq orduya yararlı deyillər (məsələn, ayağını və ya qolunu itirib). Döyüşə yararsız əsiri saxlamaq Rusiya üçün mənasız əlavə xərcdir. Ukrayna da əsgər kimi istifadə edə bilməyəcək, üstəlik sosial müavinət verməli olacaq deyə onları geri almaq istəmir. Ukraynaya yenidən güllə qabağına göndərmək mümkün olan əsir lazımdır.

Bax, müharibə faciələrindən biri də budur: vətənin üçün sağlamlığını itirirsən, lakin vətən səni məhz buna görə qəbul etmək istəmir – belə çıxır ki, sən vətənə (onu təmsil edən hakimiyyətə) ya sonacan vuruşmaq, ya da ölmək üçün lazımsan.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights