ELAZ.İNFO xəbər verir ki, Rusiya 19 noyabrda İstanbulda Ukrayna ilə danışıqlarda iştirak etməyəcək.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Qeyd edək ki, sabah Türkiyədə Volodimir Zelenski və Amerika prezidentinin xüsusi nümayəndəsi Stiv Uiktoffun iştirakı ilə Ukrayna ilə bağlı danışıqlar keçiriləcək.
Peskov əlavə edib ki, Moskva danışıqları bərpa etmək niyyəti ilə bağlı Kiyevdən heç bir informasiya almayıb.
N.B
