ELAZ.İNFO xəbər verir ki, cari ilin sentyabr ayının 28 və 29-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Rusiyanın Novosibirsk şəhərində verilməli olan tamaşa Rusiya höküməti tərəfindən ləğv edilib.
Xatırladaq ki rus dram teatrı Azərbaycan dövləti tərəfindən maliyyələşdirilir və Bakı şəhərinin mərkəzində möhtəşəm binası var. Tamaşanın kollektivi isə rusdilli olmaqla bərabər rus xalqının ədəbiyyatının Azərbaycanda əsas təbliğatçılarıdır. Bu prizmadan baxdıqda Rusiyanın bu teatra qarşı atdığı addım sadəcə axmaqlıq deyil, futbol dili ilə desək öz qapısına top vurmaqdır.
Natəvan BƏYDİLİ