Moskva qüvvələrinin hücumu nəticəsində Zaporojyadakı həbsxana dağıdılıb.
ELAZ.İNFO xəbər verir ki, Rusiya ötən gecə Ukraynanın cənub-şərqindəki Zaporojya vilayətindəki həbsxanaya hücum edib.
Zaporojye vilayətinin Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov Telegram hesabında Rusiya hərbçilərinin gecə ərzində bölgəyə FAB tipli bombalarla hücum etdiyini bildirib.
Fedorov rusların bölgəyə 8 dəfə hücum etdiyini və hücumda bir cəzaçəkmə müəssisəsinin də hədəf alındığını bildirib.
Məlumat üçün bildirək ki, hücum nəticəsində ən azı 35 nəfərin yaralandığı bildirilir.
Fedorov onu da qeyd edib ki, müəssisə dağıdılıb, ətrafdakı evlərə ziyan dəyib, cəzaçəkmə müəssisəsinə də ziyan dəyib.
İlahə BAYINDIR