Rusiya güc mərkəzinin cənubi Qafqaza aid olan planlarının tərkib hissəsi ola bilər

ELAZ.İNFO

Türkiyənin hərbi C-130 təyyarəsinin Gəncədən Türkiyəyə uçarkən Gürcüstanda qəzaya uğraması dəhşətli xəbər olaraq bizi çox sarsıtdı. Alah şəhid olan Türk hərbiçilərinə rəhmət etsin. Məkanları cənnət olsun. Başımız sağ olsun.
Hamı bu qəzanın baş vermə səbəbinin nə olduğunu düşünür. Axı dəhşətli hadisənin səbəbi nədir?…
Təyyarənin ani olaraq texniki nasazlığı ola bilər, Pilotların qəflətən sağlamlığında bir problem ola bilər, Təyyarə göydə ani olaraq hava boşluğuna düşə bilər, İldırım vura bilər, quş sürüsünə çırpıla bilər, geosiyasi müharibədə Rusiya güc mərkəzinin cənubi Qafqaza aid olan planlarının tərkib hissəsi ola bilər və s. səbəblərdən biri bu dəhşətli hadisəni yarada bilər.
Təyyarə 1965 ci ildən Türkiyə silahlı qüvvələri tərəfindən istifadə olunması, fakt olaraq düşünməyə vadar edir ki, qəzanın texniki səbəbdən olma ettimalı olduğunu düşünək. Pilotların sağlamlıq durumu haqqında da ehtimallar var, amma bu az ehtimaldır. İldırım və ya quş sürüsünün səbəb olma ehtimalı da azdır. Təyyarəyə kənardan hücum vaktı da yoxdur.
Dünyada fasiləsiz olaraq aparılan imperialist müharibələr və ya dəbdə olan terminlə ifadə etsək, geosiyasi müharibələrin yaratdığı ziddiyətlər də, dəhşətli hadisəyə səbəb ola bilər. Son günlər Vətən müharibəsində qələbənin 5 illiyi münasibətilə hərbi nümaişdə Türkiyə və Pakistan rəhbərlərinin iştirakı və NATO hərbiçilərinin Bakıya səfər etməsi, Prezidentlə görüşməsi və Türk hərbi yük təyyarəsinin Gəncəyə gəlməsi, bütün bunlar ABŞ, İngiltərə, qərb güc mərkəzinin ənənəvi rəqibi olan Rusiyanın qısqanclığına səbəb olan hadisələrdir. 1828 ci ildən Şimali qafqaza və 1907 ci ildən İngiltərə ilə bağladığı anlaşmaya görə Şimali Qafqaz və bütün Şimali Azərbaycanı təsiri altında görən Rusiya, bu gün bu ərazilərin nəzarətindən çıxması ilə barışa bilmir və bunu qətiyən istəmir. Bax bu qısqanclıq, geosiyasi məkirli düşüncələr, bu dəhşətli hadisənin Rusiyanın Gəncədə olan gizlin cəsusları tərəfindən törədildiyi ehtimalını yaradır. (Əgər bu ehtimal təsdiqini tapsa, deməli Gəncədə də Rus cəsisları olduğu bilinəcək.) Bu fikir yalnız bir ehtimaldır. Baxmayaraq ki, 30 ildir Şimali Azərbaycan yəni Azərbaycan Respublikası müstəqil xarici siyasət aparır, hələ də ölkə içində Rusiyaya xidmət edən cəsuuslar olduğunun şahidi oluruq. Ramiz mehdiyev, Nəcməddin sadığov kimi beşinci və ya altıncı kalonin üzvü olanlar Gəncədə də olduğunun şübhələrini ortaya qoyur. Düşünürük ki, belə pərdələnmiş Rus cəsusları Gəncədə də hərbi vəzifələrdə var və onlar təyyartənin içinə partladıcı qoya bilərlər. Bütün bunlar Türkiyə hərbi təyyarəsi C-130 un dəhşətli qəzasının səbəbi haqqında mənim ehtimallarımdır. Düşünürəm ki, belə bir ehtimal da ola bilər. Məlumdur ki, təyyarənin qara qutusu açılandan sonra qəzanın səbəbi və ya səbəbləri dəqiq bilinəcək.
Amma ölkmizdə beşinci və altıncı kalonun bütün üzvüləri və xarici güc mərkəzlərinin bütün cəsuslarını yox etmək üçün, hər birimiz dövlətin və Prezidentin ətrafında daha sıx bilrəşməliyik! Ölkəmizdə xarici gizlin, “vətənpərvər”lik cildində pərdələnmiş cəsusları vaxtında YOX ETMƏLİYİK ki, urəkbulandıran belə ehtimallar heç olmasın…
Bu dəhşətli hadisədən də məkirli niyyətləri üçün istifadə edərək Azərbaycan Türkiyə qardaşlığına, müttəfiqliyinə və Türk Dövlətləri Təşkilatının güclənub güc mərkəzi səviyyəsinə yüksəlməsinə zərbə vurmaq istəyən düşmənlərin zərəli informasiya hücumlarının toruna düçməmək üçün birliyimizi daha da gücləndirmək, hər birimizin vətəndaşlıq borcudur.

Tahir Ələkbərov

Bizimlə oxuyun
Verified by MonsterInsights