Rusiya gübrəsinin Avropa bazarında payı 33%-ə çatıb

ELAZ.İNFO xəbər verir ki, The Economistin yazdığına görə Avropanın Rusiya qazından imtina etməsi həmin qazdan istehsal olunan Rusiya gübrələrinin idxalını artırmasına səbəb olub.

2025-ci ilin iyun ayında Avropanın Rusiyadan gübrə idxalı son 10 ilin ən yüksək həddini keçib – Rusiya gübrəsinin Avropa bazarında payı 33%-ə çatıb.

Aİ-nin Rusiya gübrələrinə rəqabətqabiliyyətli alternativi yoxdur. Rusiya qazından imtina etdiyinə görə Avropanın istehsal etdiyi gübrələr çox bahadır, Əlcəzair və Mərakeşdən gələn gübrələr də Rusiyadan bahadır.

Hələ nəzərə almaq lazımdır ki, Avropa Komissiyası Rusiya gübrələrinə rüsumlar tətbiq edir.

Deyirlər, Allah birinə cəza vermək istəyəndə, onun ağlını alır…

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights