Rusiya danışıqlarda heç bir güzəştə getməyəcək

Britaniya, ABŞ və Ukrayna xüsusi xidmətlərinin Rusiyanın strateji aviasiyasına qarşı bugünki uğurlu dron hücumu, əlbəttə, müharibənin taleyni dəyişə bilməz. Əsas məqsəd, yəqin ki, aşağıdakılardan biri olmalıdır:

-Rusiya sabaha – 2 iyuna təyin olunmuş Rusiya-Ukraytna danışıqlarından imtina edir;

-Rusiya 2 iyun danışıqlarında tələblərini yumşaldır.

Məncə, anqlosakslar 1-ci variantın baş verəcəyinə daha çox ümid edir və gözləyirlər ki, Rusiya bu hücumlara “Oreşnik”lə cavab verəcək.

Anqlosaksları Ukrayna dövləti və xalqı maraqlandırmır, onlar artıq anlayırlar ki, Ukrayna layihəsini xilas etmək mümkün olmayacaq. Onlar istəyirlər ki, Ukrayna müharibəsindən sonra Rusiya da zəif olsun. Bu halda 3-4 ildən sonra ya Polşanı, ya Almaniyanı, ya da ikisini də birdən Ukrayna kimi Rusiya ilə müharibəyə təhrik edə bilərlər.

“Oreşnik”in isə 2-ci dəfə istifadə edilməsini səbirsizliklə gözləyirlər. Düşünürlər ki, onsuz da Rusiya onu Ukraynaya qarşı istifadə edəcək – eləsin də! Ukrain öldü, ya rus öldü – onlar üçün nə fərqi var?! “Oreşnik”in 1-ci istifadəsi anqlosakslar üçün gözlənilməz oldu. Onlar bu raketi yaxşı öyrənə bilmədilər. İndi isə növbəti zərbəni gözləyirlər deyə bütün kəşfiyyat peyklərini “Kapustin Yar” kosmodromuna və Ukraynaya tuşlayıblar. Onlar raketin bütün real texniki-iqtisadi xarakteristikalarını, onun zəif cəhətlərini dəqiq öyrənmək istəyirlər ki, ona qarşı müdafiə sistemləri hazırlaya bilsinlər. Buna görə Rusiyanı hər vəchlə təhrik edirlər ki, “Oreşnik”i yenidən istifadə eysin.

Rusiyanın nüvə doktrinasına görə, onun strateji nüvə obyektlərinə, həmçinin nüvə bombası daşıyıcılarına hücum olarsa, Rusiya hücum edən tərəfə və ona kömək edənlərə qarşı nüvə silahı istifadə edə bilər. Anqlosakslar məhz bu səbəbdən strateji aviasiyaya hücum təşkil ediblər (1-ci dəfə deyil). “Oreşnik”in də nüvə başlığı ilə tətbiq ediləcəyini gözləyirlər. Bu halda onlar Çin və Hindistana təzyiq edəcəklər ki, Rusiya ilə bütün əlaqələri kəssinlər.

Hər şey Corc Fridmanın konsepsiyası üzrə aparılır.

Aydındır ki, Rusiya bu hücumu cavabsız qoya bilməz. Amma Putin emosional qərarlar vermir. Məncə, Rusiya aşağıdakı ardıcıllıqla hərəkət edəcək:

-Bu gecə Ukraynaya cavab zərbəsi endirməyəcək.

-Sabahkı danışıqlarda iştirak edəcək.

-Danışıqlarda heç bir güzəştə getməyəcək və tələblərini bir az da sərtləşdirəcək.

-Danışıqlarda heç bir razılığa gəlinməyəcək (Ukraynada əsir qalmadığından mübadilə də olmayacaq).

-Danışıqlar bitəndən sonrakı gecə (və ya 2-3 gün sonra, çünki hədəfləri dəqiqləşdirmək lazımdır) Rusiya Ukraynanın müxtəlif şəhərlərində hərbi-texniki obyektlərə (anbarlar, aerodromlar, istehsalatlar və s.), infrastruktur obyektlərinə (strateji nəqliyyat kommunikasiyalarına, energetika qurğularına, dəniz terminallarına və s.) ağır, indiyədək görünməmiş zərbələr endirəcək.

-“Oreşnik”dən istifadə etməyəcək, çünki onun istifadəsinə zərurət yoxdur.

-Britaniyanın cavabını isə hələlik verməyəcək, amma qisas planı hazırlayacaq.

Asif ŞƏFƏQQƏTOV

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights