Rusiya beynəlxalq hüquq normalarına məhəl qoymur

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının etnik azərbaycanlılara qarşı keçirdiyi çoxsaylı əməliyyatlarının hüquqla heç bir əlaqəsi yoxdur.

Güç strukturlarının mülki şəxslərə – azərbaycanlılara qarşı heç bir gərəklik olmadan atəş açılması, çoxlu insanların öldürülməsi, böyük əksəriyyətinə qarşı işgəncələrin verilməsi sıradan polis və ya güc strukturlarının özbaşnalığı deyil. Etnik azərbaycanlılara qarşı Rusiyanın digər regionlarda da, o cümlədən də Voronej vilayətində də polisun analoji hücumları mübahisəsiz sübut edir ki, etnik azərbaycanlılara qarşı Rusiyanın güc strukturlarının ölümlərlə nəticələnən basqınları rəsmi Kremlin bir başa göstərişi əsasında həyata keçirilir və bu nəticə Rusiya dövlətinin istəyidir. Beynəlxalq hüquqda və konvensiyalarda insan hüquqlarında “işgəncə”yə yol verməmək ən əsas, birinci prinsip və tələbdir. Hərçənd ki, Rusiya beynəlxalq hüquq normalarına məhəl qoysaydı Moldovanın, Gürcüstanın, Ukraynanın suveren ərazilərinin bir hissəsini işğal etməzdi.

Ümumiyyətlə, Rusiyada etnik azərbaycanlılara qarşı keçirilən kütləvi qanlı hücumlar Azərbaycan dövlətinə basqı və təzyiq niyyəti daşıyır və son üç əsrdə Rusiyanın Azərbaycana qarşı dəyişməz düşmənçilik, imperiya xislətinə söykənən siyasətin növbəti qanlı səhifəsidir. Azərbaycanın ikiyə parçalanması, tariximizin oğurlanması-saxtalaşdırılması, milli kimliyimizin unutdururulması, Xalq Cümhuriyyətinin işğalı, ərazilərimizin sovet respublikaları arasında bölüşdürülməsi, azərbaycanlıların deportasiyası, sərvətlərimizin-neftimizin talanması, ikinci dünya müharibəsində azərbaycanlılara neqativ münasibət, fəxri adların verilməməsi, generallarımızın öldürülməsi, 20 yanvar faciəsi, Qarabağımızın işğalı, Xocalı və digər söyqırımlar, 44 günlük vətən müharibəsində Ermənistana hərbi-siyasi dəstək, ölkəmizə qarşı təxribatlar (hərbi təyyarələrimizin kor edilməsi, mülki təyyarələrimizin vurulması kimi), kəşfiyyat, informasiya, kiberhücumlar və sair sadaladıqca qurtarmayan düşmənçilik Azərbaycan dövlətçiliyindən də daha çox etnosumuza qarşı açıq soyqırım siyasətidir. Beynəlxalq hüquqla da bu əməllər “Söyqırım” cinayətidir və göstərilən hallar “Söyqırım” əməllərinin tərkib hissəsidir.

Heç şübhəsiz ki, Rusiyanın Azərbaycana qarşı daimi düşmənçiliyinin daha aqresiv hal alması səbəbi, Azərbaycanın Qarabağ məsələsini həll etməsi, daha müstəqil siyasət aparması, nəinki regionda dünyada söz sahibinə çevrilməsi və nəhayət real müstəqilliyidir. Rusiyanın imperialist düşüncəsi, keçmiş sovet respublikalarına öz müstəmləkəsi kimi baxması Azərbaycanı daha da ayıq-sayıq olmağa bir növü məcbur edir. Rusiya prezidenti Vladimir Putinin harada rus əsgəri varsa, oranı Rusiya ərazisi hesab etdiyini deyib. Azərbaycan isə rus əsgərlərini öz ərazisindən üç dəfə qovub, çıxarıb. Rusiya anlamalıdır ki, əgər Azərbaycan Rusiyanın, İranın, Fransanın tam dəstək verdiyi Ermənistan üzərində qələbə qazanmağı bacarıbsa, demək ayrılıqda Rusiyanın da, İranın da basqıların dəf edəcək. Rusiya düşməndir və düşmən olaraq qalacaq.

Vüqar DADAŞOV

POLİTOLOQ

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights