ELAZ.İNFO-xəbər verir ki, Ukrayna ordusunun ehtiyatda olan general-mayoru Sergey Krivonosdan şok xəbərdarlıq gəlib. general Rusiya Aerokosmik Qüvvələrinin artan texnoloji imkanlarının Kiyev üçün böyük təhlükə yaratdığını açıqlayıb.
Krivonos bildirib ki, Rusiyanın modernləşdirilmiş idarə olunan aviabombalarının (KAB) uçuş məsafəsi mütəmadi olaraq artır. Ən qorxulu ssenari isə Rusiyanın bu bombaları Belarus ərazisindən istifadə edərək birbaşa paytaxt Kiyevə zərbələr endirməsidir. Generalın fikrincə, Ukraynanın hazırkı HHM sistemləri bu sürətlə inkişaf edən texnologiya qarşısında yetərsiz qala bilər.
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi Zaporojye istiqamətindəki Qorkoye yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü bəyan edib. Şiddətli döyüşlər nəticəsində Ukrayna tərəfinin zirehli texnika və dron idarəetmə məntəqələrini itirdiyi iddia olunur.
Ruslan MƏMMƏDOV