Rusiyanın Azərbaycana qarşı üç əsrə yaxın daimi və qatı düşmənçilik siyasətinin artıq şüuraltı düşüncə tərzinə çevrildiyi şübhə doğurmur. Azərbaycan faktiki erməni-rus tandemi üzərində möhtəşəm qələbə qazanıb, öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən və “rus sülhməramlıları”ını Azərbaycandan çıxardıqdan sonra, Rusiya Azərbaycana real təziq imkanlarından məhrum olub. Sonradan da Kremlin Azərbaycana qarşı bütün təxribatları, əməliyatları və planları da əhəmiyyətsiz hala gətirildikdən sonra, Rusiyanın əlində qalan tək miqrant kartından Azərbaycana təsir edəcəyinə ümüd edirdi.
Ancaq, prezident Putinin əmri ilə başlanan Rusiyanın Azərbaycana qarşı təzyiq cəhdi əks reaksiya ilə Rusiyanı çıxılmaz vəziyyətə saldı. Tam əksinə olaraq, Azərbaycanın Rusiyaya adekvat və daha da təsirli cavab əməliyyatları onun Azərbaycan qarşısında daha da acizliyini, çarəsizliyini ortaya çıxartdı. Həm də, Azərbaycan nümunəsi digər sovet respublikalarının da Rusiyanın əməllərinə oxşar cavab verəcəyinə zəmin yaratdı. Bu da Rusiyanın, Putin hakimiyyətinin postsovet ərazisində nüfuzunun düşməsini daha da sürətləndirəcək.
Yekaterinburqda Azərbaycan deaspor sədri Şahin Şıxlinskin və Lükoyl əməkdaşlarının azad edilməsi əslində, Azərbaycanın Rusiyaya daha da sərt cavab verməsinin nəticəsidir. Putin komandası Azərbaycanın hər bir təhdidə, təzyiqə daha da cavab planını anladıqdan sonra, kütləvi həbs edilmiş etnik azərbaycanlıların bir qismini azad etməsi, rəsmi Moskvanın Azərbaycanla mübahisədən siyasi-diplomatik və iqtisadi baxımdan məğlub çıxacağı qənaəti və münasibətləri normallaşdırma istəyinə bağlıdır.
Qaldı ki, Şahin Şıxlinskin və Lükoyl əməkdaşlarının azad edilməsində Vladimir Putinin tələbə yoldaşı və dostu, professor İlham Rəhimovun, həmçinin Lükoylin yaradıcısı, milyarder Vahid Ələkbırovun adlarının hallandırılılması Rusiyanın imicinin qorunmasına xidmət edir. Əslində isə, Rusiya Azərbaycan dövlətinin qətiyyəti və siyasi iradəsi qarşısında hesablaşmaq məcburiyyətindədir.
Qaldı ki, Rusiyanın Azərbaycana iqtisadi təsir imkanlarına, əslində Rusiyanın Azərbaycana yox, Azərbaycanın Rusiyaya iqtisadi təsir imkanları daha çox və təsirlidir. Rəsmi dövlət məlumatlarına görə,
2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4,37 milyard dolları keçib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10.8% artım deməkdir.
Azərbaycanın Rusiyaya ixracı 1.08 milyard dollar təşkil edib (+0.03%), Rusiyadan isə Azərbaycana idxal da artıb. Yanvar-iyul ayları ərzində ticarət dövriyyəsi 2 milyard 572.8 milyon ABŞ dolları olub. Bu, Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9.57%-ni təşkil edir. Demək Rusiyanın Azərbaycan iqtisadi asılılığı var, Azərbaycanın yox. Xüsusən də, Rusiyaya qarşı beynəlxalq iqtisadi sanksiyalar fonunda Azərbaycanın Rusiya üçün önəmi, səsləndirilməyən imkanları Rusiyanı Azərbaycan və Türkiyədən bərk yapışmağı şərtləndirir.
Ən əsas məqamlardan da biri də, Rusiyaya beynəlxalq siyasi-diplomatik təzyiqlərdə Azərbaycan və Türkiyənin adekvat və rasional mövqeyi Rusiyanın ayaq üstündə durmağı və manevri üçün imkanı genişləndirir. Azərbaycanla münasibətlərin korlanması, Rusiya üçün nəfəslik rolunu oynayan Türiyənin də Rusiyadan üz döndərməsi deməkdir.
Azərbaycanda təkcə 340 – a yaxın rusdilli tədris müəssisələri var hansı ki, rus dilinin yayılması və siyasi məqsədlər üçün istifadəsinə Rusiyaya geniş imkanlar verir. Azərbaycanın növbəti addımı belə məktəblərin profilinin dəyişdirilməsi ola bilər. Halbu ki, Rusiya bütün imkanlarla məktəblərin bağlanmaması üçün Azərbaycanla mübahisədən geri çəkilməyə məcburdur.
Digər tərəfdən, Rusiyada yaşayan əksər etnik azərbaycanlılar rus vətəndaşlarıdır və onların ölkədən kütləvi çıxarılması mümkün deyil.
Rusiya Azərbaycanla münasibətlərin tam korlanmasından çəkinəcək, ancaq bu onun Azərbaycana qarşı düşüncə tərzinin dəyişməsi demək deyil.
Vüqar DADAŞOV
POLİTOLOQ