ELAZ.İNFO xəbər verir ki, qollarını neft jeli kimi iynələrlə süni şəkildə böyütməklə “Rus Təməl Rəis” ləqəbini qazanan 29 yaşlı Kirill Tereşin ağır infeksiya səbəbindən hər iki qolunu itirə bilər.
Rusiyadan gələn xəbərlərə görə, Tereşin illərlə qollarına kimyəvi maddələr yeridilməsi nəticəsində ağır toxuma çürüməsinə məruz qalıb. Gəncin qolu bu yaxınlarda partlayıb. Sosial mediada paylaşılan görüntülərdə dərin bir dəlik və çürümüş toxuma görünürdü.
Həkimlər onun qollarını xilas etmək üçün birdən çox dəri transplantasiyası lazım olacağını deyirlər. Lakin infeksiya bədənindən tamamilə yox olana qədər bu əməliyyatlar aparıla bilməz.
Günel GÜNTAC