ELAZ.İNFO xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevin Peçerski rayonunda hökumət binasında Rusiyanın hücumu nəticəsində yanğın baş verib.
Məlumatı paytaxtın hərbi administrasiyasının rəhbəri Timur Tkaşenko paylaşıb. Bildirilir ki, ölkə boyu hava sirenləri səsləndirilib.
Yanğınsöndürənlər alovları söndürməyə çalışarkən, Ukrayna rəsmiləri yanğınların səhər tezdən həm qərbdə, həm də şərqdə çoxmərtəbəli binaları hədəf alan Rusiya pilotsuz təyyarələrinin zərbələri nəticəsində yarandığını açıqlayıb.
Kiyev meri Vitali Kliçko Telegram mesajlaşma proqramında 3 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını bildirib. Fövqəladə Hallar Xidməti həmçinin çoxsaylı hündürmərtəbəli binaların zədələndiyini bildirib.
Ukraynanın baş naziri Yuliya Sviridenko bildirib ki, “Müharibədə ilk dəfə olaraq Ukraynanın əsas hökumət binası düşmən hücumu nəticəsində zədələnib”. Baş nazir onu da əlavə edib ki, yanğınsöndürənlər binadakı yanğını söndürməyə çalışırlar.
Günel GÜNTAC